525.Az

FHN-dən açıqlama


 

FHN-dən açıqlama<b style="color:red"></b> Bakıda partlayıcı qurğunun aşkar edilməsi ilə bağlı məlumat doğru çıxmayıb.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakının  Səbail rayonunda partlayıcı qurğu olması barədə məlumat daxil olub.
 
Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
 
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həmin ünvanda müvafiq təhlükəsizlik tədbirləri görüblər və axtarışlar aparıblar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.
 





20.02.2015    çap et  çap et