525.Az

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb


 

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb<b style="color:red"></b>

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.

525.az-ın məlumatına görə, adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

 





18.04.2026    çap et  çap et