525.Az

Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib


 

Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib<b style="color:red"></b>

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
 
Vətəndaşlardan 24 nəfərinin müraciətini şəxsən özü dinləyən K.Heydərov onların əksəriyyətinin yerindəcə həlli üçün müvafiq tapşırıqlarını verib.
 
Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi aidiyyəti strukturların rəhbərlərinə həvalə olunub.
 
Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 





20.02.2015    çap et  çap et