525.Az

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub


 

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, xarici işlər və mühacirlər naziri Şaya Möhsin Zindani ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər siyasi dialoqu və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.

Həmçinin görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 





18.04.2026    çap et  çap et