525.Az

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib


 

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib<b style="color:red"></b>

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

525.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

 





18.04.2026    çap et  çap et