525.Az

Azərbaycanda I rübdə ictimai iaşə dövriyyəsi 5 faizdən çox artıb


 

Azərbaycanda I rübdə ictimai iaşə dövriyyəsi 5 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 630 milyon manat olub.

525.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,2 % çoxdur.

Üç ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 3,5 % artaraq 312,2 milyon manat olub.

 





18.04.2026    çap et  çap et