525.Az

Azərbaycan iqtisadiyyatına I rübdə xarici investisiya qoyuluşu 19 faizə yaxın artıb


 

Azərbaycan iqtisadiyyatına I rübdə xarici investisiya qoyuluşu 19 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 125,8 milyon manat​​​​​ vəsait yönəldilib.

525.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin I rübün göstəricisi ilə müqayisədə 18,5 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 099,3 milyon manatı (97,7 %-i) Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, BƏƏ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

 





18.04.2026    çap et  çap et