525.Az

Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb


 

Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycan 42,37 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 28,654 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,4 dəfə çoxdur.

I rübdə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,06 %-ni, ixrac isə ümumi ixracın 0,53 %-ni təşkil edib.

 





18.04.2026    çap et  çap et