525.Az

ABŞ-da qorxunc olay - 8 uşaq öldürüldü


 

ABŞ-da qorxunc olay - <b style="color:red"> 8 uşaq öldürüldü</b>

ABŞ-nin Luiziana ştatının Şreveport şəhərində silahlı atışma zamanı çoxlu sayda uşaq həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şreveport Polis Departamentinin sözçüsü Kristofer Bordelon bildirilib.

O qeyd edib ki, yerli vaxtla səhər saat 06:00-da hadisə yerinə yollanan polis əməkdaşları üç evi əhatə edən genişmiqyaslı cinayət səhnəsi ilə qarşılaşıblar.

Kristofer Bordelon üç fərqli evdə atışma nəticəsində yaşları 1-14 arasında olan 10 uşağın güllələndiyini və onlardan 8-nin öldüyünü açıqlayıb. O əlavə edib ki, hücum edən şəxs polislə atışma zamanı zərərsizləşdirilib.

Hücumun motivi hələlik məlum deyil, araşdırma aparılır.

İbrahim Cəfərov

 





20.04.2026    çap et  çap et