525.Az

Finlandiyada ada yandı


 

Finlandiyada ada yandı<b style="color:red"></b>

Laplandoyada Tornionyoki çayındakı kiçik adalardan biri olan Lakasaari adasında yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə axşamdan başlayan yanğın bazar günü səhərə yaxın yaşayış olmayan və ancaq ot örtüyündən ibarət adanın  tamamilə yandırıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər müdaxilə etməyiblər. Onlar sadəcə, kənardan izləyiblər ki, alov digər adalara və materikə keçməsin. 

Sonradan məlum olub ki, yanğını ada yaxınlığında yaşayan yerli sakinlər törədib. Buna səbəb isə onilliklərdir davam edən yerli ənənədir.

L.Tağıyeva

 





20.04.2026    çap et  çap et