“Yanvar-mart aylarında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz təşkil etdiyi halda əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz təşkil edərək 22.4 milyard manata çatıb. Başqa sözlə, əhalinin ümumi alıcılıq qabiliyyəti -real gəlirləri 1.3 faiz artıq təşkil edib. Bu isə müəyyən azalma deməkdir”.
Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert bildirib ki, yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 5.3 faiz artaraq 1099.1 manat təşkil edib. Bu da 5.7 faizlik inflyasiyadan aşağı səviyyə deməkdir. 2025-ci ilin yekununa isə bu rəqəmlər müvafiq olaraq əksinə, 5.6 faiz və 9.3 faiz həddində idi. Demək, muzdla çalışanların real gəlirləri cüzi də olsa, azalmışdır.
Sevinc Qarayeva
çap et