525.Az

Bakıda qəza olub, motosikletçi ölüb


 

Bakıda qəza olub, motosikletçi ölüb<b style="color:red"></b>

Bakıda avtomobil motosikletlə toqquşub.

525.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb.

 





20.04.2026    çap et  çap et