525.Az

Vüsal Hüseynov növbəti vətəndaş qəbulu keçirəcək


 

Vüsal Hüseynov növbəti vətəndaş qəbulu keçirəcək<b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov aprelın 24-ü saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Bu barədə 525.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə aprelin 23-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

"Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

 





20.04.2026    çap et  çap et