Argentinanın Mina-Klavero şəhərində Cənubi Amerika rallisi zamanı faciə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yürüş maşınlarının biri yoldan çıxaraq izləyicilərin olduğu sektora çırpılıb.
Qəzanı paraqvaylı Didye Arias və Ektor Nunyes idarə etdikləri "Volkswagen Polo" ilə sərt döngədə törədiblər. Nəticədə 3 nəfər ciddi xəsarət alıb.
Onlardan biri - 25 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını itirib. 40 yaşlı qadının və onun azyaşlı qızının vəziyyəti isə stabil ağırdır.
Qeyd edək ki, təşkilatçılar qəzadan sonra yarışı dayandırıblar.
L.Tağıyeva

çap et