525.Az

"Zirə"nin 100-cü sülhü


 

"Zirə"nin 100-cü sülhü<b style="color:red"></b>

“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

525.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb. Misli Premyer Liqasının 28-ci turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

 





20.04.2026    çap et  çap et