525.Az

Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb


 

Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb<b style="color:red"></b>

Maştağada evdən 8000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

 





20.04.2026    çap et  çap et