525.Az

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


 

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

525.az-a bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.

Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.

 





20.04.2026    çap et  çap et