525.Az

İki güləşçimiz Avropa çempionatında yarımfinala yüksəlib


 

İki güləşçimiz Avropa çempionatında yarımfinala yüksəlib<b style="color:red"></b>

Albaniyanın paytaxtı Tiranada bu gün start götürən güləş üzrə Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi yarımfinala yüksəlib.

525.az xəbər verir ki, Rəşad Məmmədov (55 kq) 1/4 finalda Emin Səfərşayevə (UWW) məğlub olub.

Ziya Babaşov (63 kq) 1/4 finalda Kerem Kamala (Türkiyə) uduzub.

Sənan Süleymanov (77 kq) ilk qarşılaşmasında Şuai Məmmədovu (UWW) üstələsə də, 1/4 finalda macarıstanlı Robert Fritsşə yenilib.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçə qalib gələrək 1/4 finala yüksəlib. Azərbaycan güləşçisi bu mərhələdə Norveç təmsilçisi Eksos Mukubunu da üstələyərək adını yarımfinala yazdırıb.

Beka Kandelaki (130 kq) isə startda yerli idmançı Qriseldi Kodrunu (Albaniya) məğlub edib. O, 1/4 finalda almaniyalı Yello Kramerə də qalib gəlməklə yarımfinala adlayıb.

 





20.04.2026    çap et  çap et