525.Az

Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək


 

Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikasında (MR) üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi təşkil ediləcək.

525.az xəbər verir ki, üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi iyunun 18-19-da Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Ordubad şəhərində keçiriləcək.

Tədbirin konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.

Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq.

 





20.04.2026    çap et  çap et