525.Az

Azad edilmiş ərazilərdə torpaqların icarəsinə dair yeni müqavilələr imzalanıb


 

Azad edilmiş ərazilərdə torpaqların icarəsinə dair yeni müqavilələr imzalanıb<b style="color:red"></b>

Laçın rayonunun Zabux, Ağdərə rayonunun Həsənriz kəndlərinin və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.

525.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Zabux kəndi üzrə 62 nəfər tərəfindən 8 kooperativ, Həsənriz kəndi üzrə 37 nəfər tərəfindən 4 və Qırmızı Bazar qəsəbəsi üzrə isə 8 nəfər tərəfindən 2 ailə kəndli təsərrüfatları formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.

 





20.04.2026    çap et  çap et