525.Az

AFFA rəsmisi açıqladı: İnqilab Məmmədov səhv qərar verib


 

AFFA rəsmisi açıqladı: İnqilab Məmmədov səhv qərar verib<b style="color:red"></b>

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 28-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

525.az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Turan Tovuz", "Zirə" - "Neftçi" və "Qarabağ" - "Sabah" matçları olmaqla ümumilikdə 3 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

R.Həsənov baş hakim İnqilab Məmmədovun "Zirə" - "Neftçi" oyununda məhz "Neftçi" klubunun da sərt reaksiya verdiyi həmin qol epizodunda yanlış qərar verdiyini bildirib.

Bundan başqa, R.Həsənov "Qarabağ" - "Sabah" matçında baş hakim Elçin Məsiyevin 90-cı dəqiqədə yanlış qərar verdiyini bildirib.

 

 

 





20.04.2026    çap et  çap et