Zalsburqda insanların gur olduğu yerdə trolleybus supermarketə çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.
Qəza nəticəsində 2 nəfər həyatını itirib. Daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, yerli hakimiyyət orqanları kimin öldüyü və qəzasının səbəbləri barədə hələ məlumat yaymayıb.
L.Tağıyeva
çap et