525.Az

Təyyarə yaşayış evinə düşdü


 

Təyyarə yaşayış evinə düşdü<b style="color:red"></b>

ABŞ-də, Florida ştatında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə srağagün Tampa şəhəri yaxınlığında, Uesli-Çeypel rayonunda baş verib.

Təyyarə "Tampa North Aero Park" hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaşayış massivində düşüb. Düşdüyü həyətdə yanğın başlayıb, evə isə ciddi ziyan dəyib. Pilot hadisə yerində həyatını itirib. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır, nəticəsi 30 gün müddətində açıqlanacaq.

L.Tağıyeva

 





21.04.2026    çap et  çap et