525.Az

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi


 

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi<b style="color:red"></b>

Sankt-Peterburqdan İstanbula uçan "Airbus A321" təyyarəsi Rumıniyanın paytaxtı Buxarestə təcili eniş etməli olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin uçuş zamanı halının pisləşməsi olub.

Eniş zamanı həmin sərnişinin ölümü qeydə alınıb. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki,, əsasən rusiyalı turistlərin olduğu "Pegasus" şirkətinə məxsus təyyarənin salonunda 200 civarında sərnişin olub.

L.Tağıyeva

 





21.04.2026    çap et  çap et