“Azərbaycana kərə yağının idxalı ötən ilin müvafiq dövrü ilə müqaisədə 25.6 faiz,yerli istehsal isə 8 faiz azalıb. Əvəzində bitki yağlarının idxalı 5.4 faiz artıb. Bunu statistik rəqəmlərdə sübut edir”.
Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, 1 kq kərə yağının idxal qiyməti təxminən 11 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 6.2 faiz ucuzlaşma deməkdir:
“Görünən odur ki, kərə yağının mövcud qiyməti istehlak tələbini kəskin azaldır. Əlavə səbəblərdən biri isə insanların sağlam həyat tərzini seçərək rasionlarını bitki yağları ilə əvəzləşməsi də ola bilər”.
Sevinc Qarayeva
çap et