Hindistanın Tamil Nadu ştatında fişəng fabrikində partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış fabrikin ön eyvanında xammal emal edilərkən baş verib və alov sürətlə yayılıb.
Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə qrupları cəlb olunub.
İlkin məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onların cəsədi çıxarılıb. Ölənlərdən indiyədək 19-nun şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 16-sı qadın, 3-ü kişidir. Ağır yaralanan 6 nəfər isə bölgədəki xəstəxanalara çatdırılıb.
İnsidentlə bağlı araşdırma aparılır.
İbrahim Cəfərov
çap et