525.Az

Ötün gün ölkədə elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı 36 faizi ötüb


 

Ötün gün ölkədə elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı 36 faizi ötüb<b style="color:red"></b>

Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 36,5%-i bərpaolunan enerji mənbələrinin payına düşüb.

Energetika Nazirliyindən 525.az-a verilən məlumata görə, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 23,5 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.

Məlumata görə, elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

“Külək və günəş enerjisi birlikdə ümumi elektrik enerjisi istehsalının 12 faizini təşkil edib”, - məlumatda qeyd olunub.

 





21.04.2026    çap et  çap et