525.Az

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək


 

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

NATO-nun baş katibi Mark Rutte aprelin 21 və 22-də Türkiyəyə səfər edəcək.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Rutte prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcək.

Mark Ruttenin Türkiyəyə səfərinin əsas mövzusunun NATO 2026 Sammiti olacağı gözlənilir. Həmçinin səfər zamanı regional və qlobal təhlükəsizlik məsələləri də müzakirə ediləcək.

Xatırladaq ki, NATO-nun 2026-cı il sammiti bu il 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Türkiyə 2004-cü il İstanbul Sammitindən sonra tarixində ikinci dəfə NATO zirvəsinə ev sahibliyi edəcək.

İbrahim Cəfərov

 





21.04.2026    çap et  çap et