525.Az

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - YENİLƏNİB-2


 

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub - <b style="color:red"> YENİLƏNİB-2</b>

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.

525.az-a "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

***

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

525.az-a bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

***

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə 525.az-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib: "Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".

***

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə 525.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.

 





21.04.2026    çap et  çap et