Yaponiyanın cənub-qərbində hərbi təlim zamanı partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Quru Qoşunları məlumat yayıb.
Bildirilib ki, insident Oita bölgəsindəki poliqonda tank təlimi zamanı yaşanıb. Partlayış nəticəsində 3 əsgər həlak olub, 1-i isə yaralanıb.
Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi partlayışın səbəbi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:
“Bu hadisə son dərəcə təəssüf doğurur. Bütün lazımi təhlükəsizlik tədbirlərini görəcəyik”.
İbrahim Cəfərov
çap et