525.Az

Əsgərimiz şəhid oldu


 

Əsgərimiz şəhid oldu<b style="color:red"></b> ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl atıb.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 21-nə keçən gecə düşmən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
 
Düşmənlə döyüşdə Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.
 
“Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə məlumatda bildirilir.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
 





21.02.2015    çap et  çap et