525.Az

Paşinyan NATO rəsmisi ilə regional təhlükəsizliyi müzakirə edib 


 

Paşinyan NATO rəsmisi ilə regional təhlükəsizliyi müzakirə edib <b style="color:red"></b>

Ermənistanın Baş nazir Nikol Paşinyan NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

525.az erməni mediasına istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik mühiti, mövcud çağırışlar, sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Ermənistanla NATO arasında əməkdaşlıq və dialoq müzakirə edilib.

Paşinyan Ermənistan hökuməti tərəfindən həyata keçirilən demokratik islahatların gedişatına toxunub, ölkənin dayanıqlığının gücləndirilməsi baxımından beynəlxalq tərəfdaşlarla ardıcıl əməkdaşlığın vacibliyini vurğulayıb.

Pərvanə Sultanova

 





21.04.2026    çap et  çap et