Amerika və İsrail qüvvələrinin zərbələri nəticəsində İranda təxminən 138 min mülki obyektə ziyan dəyib.
525.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Zədələnmiş tikililərə 113 mindən çox yaşayış binası, təxminən 23.500 kommersiya binası, 300-dən çox tibb müəssisəsi, 32 universitet və 993 təhsil müəssisəsi daxildir.
28 fevralda Amerika-İsrail zərbələrinin başlanğıcından bəri İranda 3300-dən çox insan həlak olub. Tərəflər arasında 8 apreldə iki həftəlik atəşkəs elan edilib.
11-12 aprel tarixlərində İslamabadda keçirilən ABŞ-İran arasında danışıqlar razılaşma olmadan başa çatıb.
Pərvanə Sultanova
çap et