525.Az

Özəl ali məktəblərdə təhsil haqları necə müəyyən olunur?


 

Özəl ali məktəblərdə təhsil haqları necə müəyyən olunur?  <b style="color:red"></b>

Ceyhun ABASOV

Hər
bir xalqın millətin həyatında təhsilin böyük rol oynaması kimi az qala hər gün eşitdiyimiz bəlağətli fikirləri kənara qoyub birbaşa mətləbə keçirik: Azərbaycanın özəl ali təhsil müəssisələrində təhsil haqlarının az qala hər il artmasından danışacağıq.

 

Bu gün Azərbaycanda ən aktual məsələlərdən biri təhsil haqlarının ildən-ilə artırılması mövzusudur. Hər ailəyə düşən orta illik əmək haqqının 3600-4000 manat civarında get-gəl elədiyi halda, bir tələbəyə düşən orta illik təhsil haqqının 1500-2000 manat arasında müəyyənləşməsi bu rəqəmin ildən-ilə artan şkala üzrə dəyişməsi təəccüb doğurmaya bilmir. Təhsilin keyfiyyətində isə elə bir ciddi irəliləyiş yoxdur.

 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, pedaqoq Ruslan Atakişiyevin sözlərinə görə, inkişaf eləmiş Avropa ölkələrinin ali təhsil müəssisələrində təhsil haqqı artırılan zaman əsasən bir neçə amil nəzərə alınır: “Qərb ölkələrində təhsil haqları artırılarkən, professor-müəllim heyətinə çəkilən xərclər, tədris-köməkçi heyətin əməyinin ödənilməsi, inzibati heyətin əmək haqları, əməyin ödənilməsinin ümumi fondu, tədris proqramının həyata keçirilməsinə çəkilən birbaşa xərclər ali təhsil müəssisəinin saxlanmasına çəkilən sərf olunan vəsaitlər nəzərə alınır. Bundan əlavə, ali təhsil müəssisəsinin reytinqi, sahə üzrə ixtisaslaşması, ixtisas üzrə neçə tanınmış alimin dərs deməsi, neçə Nobel mükafatı laureatının dəvət olunması kimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən amillərə diqqət yetirilir”.

 

Ruslan Atakişiyevə görə, Azərbaycanda təhsil haqqı artırılan zaman beynəlxalq təcrübədən demək olar ki, istifadə olunmur: “Bizdə təhsil haqları başqa əsaslarla müəyyənləşdirilir. Bu zaman ilk növbədə tələbələrin topladıqları ballar nəzərə alınır. Yəni, tələbələr yüksək balla daxil olursa, deməli, bu ali təhsil ocağına böyük tələbat var müvafiq fakültələrin qiymətlərini qaldırmaq olar. Bundan əlavə, ölkənin ümumi iqtisadi vəziyyəti, ölkə üzrə təhsil bazasının vəziyyəti, əvvəlki ilin qəbul göstəriciləri maddi-texniki bazanın yüksəldilməsinə yönəlmiş tədbirlər nəzərə alınır”.

 

Ölkənin ümumi iqtisadi vəziyyəti deyəndə, hər ailəyə düşən orta aylıq əmək haqları nəzərə alınmırmı?

 

Ruslan Atakişiyev:

 

Ölkənin ümumi iqtisadi vəziyyəti deyəndə ailələrin vəziyyəti, əhalinin gəlirləri rifah halı nəzərə alınır. Bizim ölkədə əgər müəllimlərə verilən əmək haqqı nəzərə alınsa beynəlxalq aləmdə tətbiq olunan metodla hesablasaq, bizdə təhsil haqqı illik orta hesabla 300-400 manat arası müəyyənləşməlidir. Bir faktı nəzərinizə çatdırım ki, xarici ölkələri nümunə çəkdikdə Türkiyəni qeyd etmək olar ki, orada tələbələrin aylıq təqaüd haqqı 400 ABŞ dolları civarındadır. Türkiyədə orta aylıq əmək haqqı da elə 400 ABŞ dollarına yaxındır. tələbələrində təqaüd haqqı buna uyğun olaraq müəyyənləşib. Ümumiyyətlə, Qərb ölkələrini nəzərə alanda universitet xərclərinin 40 faizi professor-müəllim heyətinin əmək haqlarının ödənilməsinə sərf olunur. Belə deyək ki, tələbədən 1500-3000 manat pul alınırsa, müəllimə gərək 1200-1500 manat əmək haqqı verilsin.

 

Bu cür standartlardan kənar  yaranmış vəziyyəti ilə izah etmək olar?

 

Birincisi dövlət ali təhsil ocaqlarında əmək haqqılar aşağıdır. Özəl təhsil müəssisələri   vəziyyətə uyğun olaraq, cüzi artımla müəllimlərə təhsil haqqı ödəyirlər. Nümunə çəkdiyim xarici ölkələrin təhsil müəssisələrində müəllimlərin əmək haqlarının yüksək olması bir növ həvəsləndirici mahiyyətə malikdir. Fikrimcə, ölkəmizdə təhsil haqlarının yüksək, təqaüdlərin eyni zamanda müəllimlərə ödənilən əmək haqlarının aşağı olması stimulverici qüvvənin tamam əksinə işləyən qüvvə formalaşdırır ki, bu da təhsilimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Təhsil haqqının müəyyənləşdirilməsi bununla yanaşı, təhsilə cəlb olunan müəllimlərin əmək haqlarının ümumi göstəriciləri heç şübhəsiz, təhsilin keyfiyyətinə təsir göstərir. Əgər yüksək təhsil haqqı ilə aşağı maaşlı müəllim işə cəlb edilirsə, müəllimin təhsilə verəcəyi qatqılar az olur beləliklə, keyfiyyətə mənfi şəkildə təsir etmiş olur. Yüksək təhsil haqqı ödənilməsi müqabilində tələbə onun valideynləri həmin ali təhsil müəssisəsindən yüksək təlim-təhsil tələb etməlidir. Bununla da təhsilin keyfiyyətinin artmasına bir vasitə ola bilərlər. Digər səbəb kimi, Azərbaycanda ali təhsil ocaqları arasında rəqabətin formalaşmaması, onlar arasında statistik reytinqin aparılmaması təhsildə rəqabətsizlik yaradır, keyfiyyətin artmasına əngəl yaradır.

 

2010-cu ildən dövlət ali təhsil müəssisələrinin yeni sistemə keçdiyini xatırladan müsahibimiz dövlət əhəmiyyətli ixtisaslar üzrə təhsil alan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməyə başladığını birdirdi: “Bunun nəticəsidir ki, Neft Akademiyası kimi təhsil ocağında demək olar ki, 100 faizə yaxın tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir. Eləcə özəl universitetlərdə bir neçə ixtisaslar var ki, onların da təhsil haqları dövlət tərəfindən ödənilməklə yanaşı, həmin tələbələrə təqaüdlərdə ayrılır. Təhsil sistemində inkişafa doğru irəliləmək üçün atestasiya sistemi formalaşdırılmalı, müəllimlərə imtahanlar keçirilməli eyni zamanda, müasir tələblərlə uyğunlaşmayan müəllimlər yenilərilə əvəzlənməlidir. Bununla da təhsil sisteminə nəzarət mexanizmindən istifadə olunmalıdır. Təhsil haqlarının müəyyənləşdirilməsində vahid beynəlxalq standartların tətbiqi çox vacibdir bu sistemin formalaşmasının metodikası hazırlanmalıdır. Bu gün hər bir ali təhsil müəssisəsi ödəniş modelini qeyri-müəyyən olaraq özü müəyyənləşdirir. Bu yaxınlarda Milli MəclisdəAli Təhsil haqqındaqanun layihəsi hazırlanıb. Bu qanun qəbulu ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi yönündə ciddi addım ola bilər”.
 





30.11.2012    çap et  çap et