525.Az

"Erməni kilsəsi vergi sisteminə daxil edilməlidir" - Paşinyan 


 

"Erməni kilsəsi vergi sisteminə daxil edilməlidir" -<b style="color:red"> Paşinyan </b>

“Erməni Apostol Kilsəsi ümumi vergi hesabat sisteminə daxil edilməlidir”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Ruhanilər vergi hesabat sistemindən kənarlaşdırıla bilməzlər. Biz çoxdan deyirik ki, kilsə vergi ödəməlidir", - Paşinyan “Vətəndaş müqavilə”si partiyasının seçki platformasını təqdim edərkən bildirib. 

O, kilsənin xalqa hesabat vermək istəmədiyini söyləyib: “Amma kilsə xalqdır, heç bir katolikos heç vaxt kilsə olmayıb".

Baş nazir əlavə edib ki, kilsə "mənəvi moizələrdən imtina edərək siyasi moizələri təbliğ etməklə məşğuldur".

"Ən müqəddəs məkanımız olan Eçmiədzinin Ana Taxtı təhqir edilib və çirkləndirilib. Xalq seçkilər zamanı qərar verməlidir”, - Paşinyan bildirib.

Hakim “Vətəndaş müqaviləsi” partiyası seçki platformasına bütün ermənilərin katolikosunun dəyişdirilməsi məsələsini daxil edib. Ölkədə növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Pərvanə Sultanova

 





21.04.2026    çap et  çap et