525.Az

Ölkə üzrə pensiyalar tam ödənilib


 

Ölkə üzrə pensiyalar tam ödənilib<b style="color:red"></b>

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

525.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 





21.04.2026    çap et  çap et