525.Az

Bakı metrosunda sıxlıq yaranıb


 

Bakı metrosunda sıxlıq yaranıb<b style="color:red"></b>

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur. Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-dən 525.az-a verilən məlumata görə, sıxlığa səbəb qatarlararası intervalın 2,5 dəqiqə olması və qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir:

"Aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur".

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

 





22.04.2026    çap et  çap et