525.Az

"Şəhərin bütün rayonlarında söküntü işləri aparılacaq" - Əmlak eksperti


 

"Şəhərin bütün rayonlarında söküntü işləri aparılacaq" - <b style="color:red">Əmlak eksperti</b>

“Bakı şəhərinin 2040-cı ilə qədər olan baş planına əsasən, şəhərin bütün rayonlarında söküntü və abadlıq işləri aparılacaq».

Bunu əmlak məsələləri üzrə ekspert Anar Nəsirov 525.az-a bildirib.

Ekspert qeyd edib ki, bütün binalar eyni vaxtda sökülməyəcək, proses mərhələli şəkildə həyata keçiriləcək. Sökülən ərazilərdə müasir tipli binalar, parklar, nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu stansiyaları və tramvay xətləri inşa olunacaq:

“Eyni zamanda, Bakı şəhərində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan köhnə tikililər sökülərək yerində müasir standartlara cavab verən çoxmərtəbəli binalar tikiləcək. Bu layihələr şəhərin abadlaşdırılması və daha da gözəlləşdirilməsi məqsədi daşıyır”.

Sevinc Qarayeva 

 





22.04.2026    çap et  çap et