525.Az

"Bu artımın əsas mənbəyi ilk növbədə neft-qaz sektoru olub" - İqtisadçı


 

"Bu artımın əsas mənbəyi ilk növbədə neft-qaz sektoru olub" - <b style="color:red">İqtisadçı</b>

“Son 20 ildə baş verən ciddi genişlənmənin bir neçə sütunu var. Artımın əsas lokomotivi enerji sektorudur”.

Bunu iqtisadçı ekspert Asif İbrahimov bunu 525.az-a söyləyib. O vurğulayıb ki, bu artımın əsas mənbəyi ilk növbədə neft-qaz sektoru olub. Enerji ixracından əldə olunan gəlirlər iqtisadiyyatın sürətli böyüməsinə təkan verib. Paralel olaraq, dövlət investisiyaları hesabına həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti sektoru və xidmət sahələri də bu artıma mühüm töhfə verib:

“Ümumi makroiqtisadi göstəricilər müsbət olsa da, inkişafın regionlar üzrə paylanmasında fərqliliklər müşahidə olunur. İqtisadi aktivliyin daha çox paytaxt mərkəzli olduğunu vurğulayan iqtisadçı, regionlarda gəlir və məşğulluq imkanlarının Bakı ilə müqayisədə məhdud qaldığını bildirib”.

Sevinc Qarayeva 
 

 





22.04.2026    çap et  çap et