“Qeyri-sabit hava şəraiti, mövsümi dəyişikliklər, logistik xərclər və xüsusilə enerji qiymətlərindəki artım bu prosesə birbaşa və dolayı təsir göstərən əsas amillər sırasındadır. Enerji qiymətlərinin yüksəlməsi kənd təsərrüfatının demək olar ki, bütün mərhələlərinə təsir edir. Gübrə istehsalı enerji tutumlu sahə olduğuna görə, enerji bahalaşdıqca gübrənin maya dəyəri də artır. Bu isə fermerlərin xərclərinin yüksəlməsinə səbəb olur və nəticədə məhsulun satış qiymətinə təsir göstərir. Bununla yanaşı, daşınma və saxlama xərclərinin də artması ümumi qiymət dinamikasını daha da gücləndirir”.
Bunu iqtisadçı-ekspert Günay Hüseynova 525.az-a bildirib. İqtisadçı qeyd edib ki, əgər enerji qiymətlərində artım bu templə davam edərsə, bu zaman alternativ yolların axtarılması zərurəti yaranacaq. Belə hallarda ya digər bazarlardan idxalın artırılması, ya da dövlət tərəfindən subsidiya mexanizmlərinin gücləndirilməsi vasitəsilə daxili bazarda qiymətlərin tənzimlənməsi mümkün ola bilər. Bu addımlar həm istehlakçının, həm də istehsalçının maraqlarını qorumaq baxımından mühüm rol oynayır.
Sevinc Qarayeva
çap et