525.Az

Qəzzada ölənlərin sayı artır - son 24 saatda 7 nəfər həlak olub


 

Qəzzada ölənlərin sayı artır - <b style="color:red"> son 24 saatda 7 nəfər həlak olub</b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 7 mülki şəxs həlak olub, 21 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 784 nəfər həlak olub, 2214 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 560-a, yaralıların sayı isə 172 317 nəfərə çatıb.

İbrahim Cəfərov

 





22.04.2026    çap et  çap et