525.Az

40 İsrail vətəndaşı Moskva hava limanında saxlanıldı


 

40 İsrail vətəndaşı Moskva hava limanında saxlanıldı<b style="color:red"></b>

Moskvaya səfər edən 40 İsrail vətəndaşı hava limanında saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Domodedovo hava limanında saxlanılan şəxslər İranla müharibədə iştirakda ittiham ediliblər. Bir neçə saat davam edən sorğu-sualdan sonra onlar İsrail hökumətinin müdaxiləsindən sonra sərbəst buraxılıblar.

Rusiyanın “Mediazona” xəbər agentliyinin məlumatına görə, saxlanılanlardan bəzilərinin həm İsrail, həm də Rusiya vətəndaşlığı olub.

Xəbərdə israilli sərnişinlərin mobil telefonlarının yoxlanıldığı qeyd edilib.

İbrahim Cəfərov

 





22.04.2026    çap et  çap et