525.Az

İran Oman körfəzində bir gəmini vurdu


 

İran Oman körfəzində bir gəmini vurdu<b style="color:red"></b>

Hörmüz boğazının blokadasını davam etdirən İran hərbçiləri Oman körfəzində konteyner gəmisini vurub.

525.az xəbər verir ki, bu barədə İranın “Təsnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran qüvvələri Oman körfəzində “xəbərdarlıqlara məhəl qoymadığı üçün” konteyner gəmisinə atəş açıb.

İngiltərə Dəniz Ticarət Təşkilatı da Oman körfəzində konteyner gəmisinin atəşə tutulduğunu açıqlayıb. Qeyd olunub ki, ekipaj üzvləri xəsarət almasa da, gəmiyə ciddi ziyan dəyib.

İbrahim Cəfərov

 





22.04.2026    çap et  çap et