525.Az

İranda daha bir nəfər edam edildi - Casusluq iddiası ilə


 

İranda daha bir nəfər edam edildi - <b style="color:red"> Casusluq iddiası ilə</b>

İranda İsrail kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan daha bir nəfər edam edilib.

525.az xəbər verir ki, bu barədə İranın “Mizan” agentliyi məlumat yayıb.

Bildirilib ki, casusluq ittihamı ilə edam hökmü qüvvədə saxlanılan Fərid Mehdi İranda Passiv Müdafiə Komitəsində yüksək rütbəli məmur olub. O, sosial media vasitəsilə “Mossad” ilə əlaqə saxlamaqda və bütün məxfi məlumatları iş yerindən İsrailə ötürməkdə ittiham edilib.

İbrahim Cəfərov

 





22.04.2026    çap et  çap et