ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin qısa müddətə uzadılmasına qərar verib.
525.az xəbər verir ki, bu barədə Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
"Tramp iranlılara danışıqlarda mövqelərini müəyyən etmək üçün daha üç-beş günlük atəşkəsə razılıq verməyə hazırdır. Lakin bu, müddətsiz olmayacaq”, - məlumatda deyilir.
Mənbə bildirib ki, ABŞ Tehranla sülh razılaşmasının hələ də mümkün olduğuna inanır, lakin problem hazırda İran liderləri arasında fikir ayrılıqlarından qaynaqlanır.
Pərvanə Sultanova
çap et