525.Az

Azərbaycan millisi baş məşqçisi ilə yollarını ayırıb


 

Azərbaycan millisi baş məşqçisi ilə yollarını ayırıb<b style="color:red"></b>

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

525.az-a bu barədə AFFA-dan məlumat verilib.

U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.

 





22.04.2026    çap et  çap et