525.Az

“İran hər bir təhdidi dəf etməyə hazırdır” -  Bəqayi


 

“İran hər bir təhdidi dəf etməyə hazırdır” - <b style="color:red"> Bəqayi</b>

İran silahlı qüvvələri ABŞ və İsrailin yeni təcavüzünə qarşı müdafiə olunmağa hazırdır.

525.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  İsmayıl Bəqayi deyib.

O bildirib ki, İran bu məcburi müharibəni başlatmayıb və Tehranın bütün hərəkətləri ABŞ və İsrailin hərbi təcavüzünə qarşı qanuni müdafiə hüququndan istifadə etməyə yönəlib.

“Bu baxımdan, döyüş meydanında və siyasi sahədə baş verən hadisələri yaxından izləyən İran ölkənin maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görəcək. Silahlı qüvvələr ayıq-sayıq qalaraq, İranın bütövlüyünü hər hansı təhdidlərdən və zərərli hərəkətlərdən hərtərəfli və qətiyyətlə müdafiə etməyə hazırdırlar", - XİN rəsmisi əlavə edib.

Pərvanə Sultanova

 





22.04.2026    çap et  çap et