İsraillə Livan arasında sülh və normallaşma yolunda yeganə maneə “Hizbullah” hərəkatıdır.
525.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar deyib.
İsrailin Müstəqillik Günü münasibətilə Prezident iqamətgahında xarici diplomatlar üçün keçirilən qəbulda nazir bildirib ki, İsrail Livanla birbaşa danışıqlar aparmaq barədə tarixi bir qərar verib, bu 40 ildən çox müddət ərzində bir ilkdir.
"Təəssüf ki, Livan uğursuz bir dövlətdir. “Hizbullah” vasitəsilə İranın işğalı altında olan bir dövlətdir", - o bildirib.
Əlavə edib ki, İsrailin Livanla ciddi fikir ayrılıqları yoxdur, həll edilə bilən bir neçə kiçik sərhəd mübahisəsi var. Saar xatırladıb ki, İsrail və Livan arasında birbaşa danışıqlar cümə axşamı Vaşinqtonda bərpa olunacaq və Beyrutu “Hizbullah”ın kökünü kəsmək üçün birgə işləməyə çağırıb.
Pərvanə Sultanova
çap et