525.Az

Madyar mayın 9-da Baş nazir vəzifəsinin icrasına başlayacaq


 

Madyar mayın 9-da Baş nazir vəzifəsinin icrasına başlayacaq<b style="color:red"></b>

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar 9 mayda Baş nazir kimi and içəcək.

525.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

"Mayın 9-da Baş nazir kimi rəsmi andiçmə mərasimindən sonra, Budapeştdə təntənəli tədbir keçirəcəyik”, - Madyar bildirib.

Qeyd edək ki, “Tisa” partiyası 12 apreldə keçirilən seçkilərdə qalib gələrək parlamentdəki 199 yerdən 141-ni qazanıb.

Pərvanə Sultanova

 





22.04.2026    çap et  çap et