525.Az

Moldovalı milyarderə 19 illik həbs cəzası 


 

Moldovalı milyarderə 19 illik həbs cəzası <b style="color:red"></b>

Moldovada Demokratik Partiyanın keçmiş lideri Vladimir Plaxotnyuka hökm oxunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kişinyov məhkəməsi ona 19 illik həbs cəzası verib.

Plaxotnyuk 3 cinayətdə ittiham olunurdu: cinayətkar qruplaşma yaratmaqla ona rəhbərlik etmə, böyük məbləğdə korrupsiya və çirkli pulların yuyulması.

Ümumilikdə o, ölkənin bank sistemindən 1 milyard oğurlamaqda təqsirləndirilirdi.

Qeyd edək ki, Vladimir Plaxotnyuk 2019-cu ildə rəhbərlik etdiyi partiyanın parlament seçkilərində məğlubiyyətindən sonra ölkəni tərk etmişdi.

L.Tağıyeva

 





23.04.2026    çap et  çap et